Xəzər Xəbər

“İndi çox xoşbəxtəm” Qız qaçıran evli kişi - VİDEO

Hadisə | 14:25 • 18 Oktyabr 2017
“İndi çox xoşbəxtəm”

Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı münasibətini açıqlayıb. 


"Xəzər Xəbər"in hazırladığı sujetin şərh bölməsinə fikrini yazan V.Qasımov keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm. Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma qarşı tərəfin görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir. O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb qolunu kəsirdi. Sizcə bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O buna layiqiydi”.


O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib:"Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”.


Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:




Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
322 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024