Xəzər Xəbər

Rəis müavinini güllələyənlər Müşfiq Mədətovu bıçaqlayan şəxslərdir - Polis ayaqda

Hadisə | 15:01 • 15 Oktyabr 2017
Rəis müavinini güllələyənlər Müşfiq Mədətovu bıçaqlayan şəxslərdir -

Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

"Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
300 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024