Xəzər Xəbər

Bakıda motosikletlə nənə və nəvəsini vurub qaçdılar

Hadisə | 11:51 • 15 Oktyabr 2017
Bakıda motosikletlə nənə və nəvəsini vurub qaçdılar

Bakıda naməlum motosiklet iki nəfəri vurub. Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu Əlizadə küçəsində baş verib. Nömrəsi və sürücüsü məlum olmayan motosiklet 1961-ci il təvəllüdlü Familə Abdullayeva ilə 5 yaşlı nəvəsi Həşimi vurub. Hər iki şəxsə tibbi yardım göstərilib.

 

Hadisəni törədən şəxs axtarılır.

Xəbər lenti