Xəzər Xəbər

Həyətində narkotik əkən şəxslər tutulub

Hadisə | 11:11 • 14 Oktyabr 2017
Həyətində narkotik əkən şəxslər tutulub

İsmayıllı şəhərində narkotik bitkilərin qanunsuz əkilməsi, saxlanılması və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İsmayıllı şəhər sakinləri, 1983-cü il təvəllüdlü Balakişiyev Eldəniz Murad oğlu və 1992-ci il təvəllüdlü İsmayılov İsmayıl Vaqif oğlu şübhli şəxs qismində saxlanılıb və onların yaşadığı evlərə, həyətyanı sahələrə baxış keçirilib. Əməliyyat zamanı Eldəniz Balakişiyevin həyətyanı sahəsində xüsusi qulluq edilməklə yetişdirilən xeyli sayda çətənə kolları, mənzildən isə çəkisi 1 kiloqram 46 qram qurudulmuş marixuana və 635 qram qurudulmuş çətənə aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşları İsmayıl İsmayılovun evinə baxış zamanı oradan çəkisi 1 kq 666 qram qurudulmuş marixuana və 535 qram qurudulmuş çətənə aşkar ediblər. İsmayıl İsmayılov qaçıb gizlənsə də polis əməkdaşları onu isti izlərlə taparaq istintaqa təhvil veriblər. Həyətini narkotik plantasiyasına çevirən hər iki şəxs narkotik istifadəçisidir və narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olurlar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır./apa

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
303 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024