Xəzər Xəbər

Rəis müavinini internetdə rüsvay edəcəyi ilə hədələyən qadın MƏHKƏMƏDƏ

Hadisə | 11:33 • 6 Oktyabr 2017
Rəis müavinini internetdə rüsvay edəcəyi ilə hədələyən

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, istintaq dövründə Vəfa Dadaşovanın barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmə həmin qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalından həbs edilib.

Məhkəmə baxışı oktyabrın 12-nə təyin edilib.

İttihama görə, Vəfa Dadaşovanın cinayət işi üzrə iki zərərçəkmiş var. Onlardan biri İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılovdur. Vəfa Dadaşova hər iki zərərçəkmiş barəsində internetdə rusvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, onları şantaj edib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
221 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti