Fövqəladə Hallar Nazirliyi Astara,
Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan
qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərinin görülməsini
davam etdirir.
XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin
(FHN) saytına istinadən xəbər verir ki, ötən sutka ərzində Dövlət
Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları
ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub.