Xəzər Xəbər

Qadının çantasını alaraq qaçan şəxs tutulub - FOTO

Hadisə | 16:43 • 29 Sentyabr 2017
Qadının çantasını alaraq qaçan şəxs tutulub -

Qadının çantasını alaraq qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, metronun "Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb.

Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qısa zamanda zərərsizləşdirilib.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
321 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024