Xəzər Xəbər

PAYTAXTDA İXTİŞAŞLAR: gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edildi

Hadisə | 11:20 • 8 Avqust 2017
PAYTAXTDA İXTİŞAŞLAR:

Venesuelanın paytaxtı Karakasda Konstitusiya Assambleyasının fəaliyyətə başlamasına etiraz olaraq nöbəti dəfə aksiya təşkil keçirilib.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. İxtişaşlar zamanı 20-yə yaxın nümayişçi xəsarət alıb. Onların arasında müxalifət partiyasından olan deputatlar da var.

Qeyd edək ki, prezident Nikolas Maduronun tabeçiliyində olan Konstitusiya Assambleyası müxalifətin üstünlük təşkil etdiyi parlamenti əvəz etməlidir. Müxalifət isə bu orqanın yaradılmasının demokratiyaya zidd olduğunu irəli sürərək onun ləğvini tələb edir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti