Hirkan Milli Parkında yanğın başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, 07 avqust 2017-ci il tarixində saat 13:00 radələrində
Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş
verib.
O, qeyd edib ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii
Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının
əməkdaşları cəlb olunub: "Yüksək dağlıq ərazidə baş verən yanğının
söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən
istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti
keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı
olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə,
söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi
qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi
qorumağa çağırır”.