Xəzər Xəbər

Sumqayıtda partlayış: 25 yaralı var - YENİLƏNİB

Hadisə | 11:11 • 6 Avqust 2017
Sumqayıtda partlayış:

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

XəzərXəbər xəbər verir ki, Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.





***

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində yanğın olub.

Yanğının söndürülməsi zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

***


Sumqayıtda yataqxanada partlayış olub.

Hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. (Trend)

Xəbər yenilənir...





***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

XəzərXəbər  FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Yanğın baş verən binanın Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanası olduğu deyilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
307 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024