Xəzər Xəbər

Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü

Hadisə | 12:29 • 31 İyul 2017
Bakı çimərliklərində DƏHŞƏT:

İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb.

XəzərXəbər lent.az-a istinadən dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir:

Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb.

Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb.

1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub.

Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb.

Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.

Qeyd edək ki, dünən hava şəraiti küləkli olub və dəniz dalğalı olduğundan suya girmək təhlükəli hesab edilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
304 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024