Xəzər Xəbər

Anadan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı uşağını zəhərləyib öldürdü - ATA YOXA ÇIXDI (YENİLƏNDİ)

Hadisə | 14:20 • 21 İyun 2017
Anadan DƏHŞƏTLİ ƏMƏL:

Qusarın Hill kəndində qeydə alınan dəhşətli cinayət haqqında yeni təfərrüatlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Qusar rayonun Hil kəndində 5 yaşlı qızını zəhərləyərək öldürüldüyü deyilən Gülnarə Taypullayevanın atası Qurban Qurbanov hadisə ilə bağlı danışıb.

O deyib ki, qızının onlarla yaşadığı müddətdə heç bir psixoloji problemləri olmayıb:

"Mən hadisədən çox sonra xəbər tutmuşam. Mənə zəng eləyib dedilər ki, nəvən ölüb, gəl. İşdən çıxıb getmişəm. Qızımdan soruşdum ki, necə oldu öldü uşaq. Mənə dedi ki, uşaq bir neçə gün xəstə olub, sonra da qəflətən halı pisləşib. Ferma sahibi ilə xəstəxanaya apararkən uşaq yolda ölüb”.

Qızını cinayəti etiraf etməsinə münasibət bildirən ata hadisənin təfərrüatlarından xəbərsiz olduğunu deyib:

"Onlar Bəxtiyarla vaqonda yaşayırdılar. Yaxşı yola gedirdilər. Aralarında problem olmayıb. Nəvəmi kim öldürübsə, cəzasını cəkməsini istəyirəm, bu qızım olsa belə. Amma qızım deyir ki, o öldürməyib”.

Cinayəti hadisədən sonra yoxa çıxan Taypullayev Bəxtiyarın törətdiyinə dair iddialar da irəli sürülüb.

Qurban Qurbanov deyib ki, aylardır Bəxtiyarla danışmır:

"Nəvəmi Hill kəndində dəfn etdik. Bəxtiyardan xəbər ala bilmirik. Heç dəfn mərasiminə də gəlməmişdi. Harda olduğunu bilmirəm”./publika.az

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
238 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti