Xəzər Xəbər

Xocavənddə baş verən mina partlayışında xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Gündəm | 14:30 • 2 Oktyabr 2022
Xocavənddə baş verən mina partlayışında xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması barədə yeni məlumat yayılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya məlumat verilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

Xəbər lenti