Xəzər Xəbər

İcra başçısı direktoru məktəbdə TAPMADI: Sonra görün nə etdi

Gündəm | 12:08 • 2 Oktyabr 2022
İcra başçısı direktoru məktəbdə TAPMADI: Sonra görün nə etdi

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

XəzərXəbər xəbər verir ki, bu barədə Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib:

"Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olmuş, təəssüflər olsun ki, məktəbdə nə direktor nə də müəllim olmayıb. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olub.

Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonumuzla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb".

Xəbər lenti