Xəzər Xəbər

Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Dərslər sentyabrın 1-də başlayacaq?

Gündəm | 8,330 | 17:13 • 21 İyun 2022
Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Dərslər sentyabrın 1-də başlayacaq?

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, hazırda bu, müzakirə məsələsi deyil.

"“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarına əsasən 2.3-cü bəndinə əsasən, Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - deyə cavabda qeyd olunub.

Xəbər lenti