Xəzər Xəbər

Yaşı 40-dan aşağı olan şəxslərin nəzərinə - Səhiyyə naziri xəbərdarlıq etdi

Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur
Gündəm | 27,658 | 14:30 • 17 İyun 2022
Yaşı 40-dan aşağı olan şəxslərin nəzərinə - Səhiyyə naziri xəbərdarlıq etdi

“Yaşı 40-dan yuxarı olan şəxslərin meymunçiçəyi virusuna yoluxması təhlükəsi yoxdur”.

Bunu XəzərXəbər-ə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var: “Ona görə yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki onlar peyvənd olunublar. Gənc nəslə gəlincə isə çox sıx təmas olmalıdır ki, virus insandan insana keçsin. Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVID-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.

Xəbər lenti

Çox oxunanlar