Xəzər Xəbər

Döyüş əməliyyatlarında itkin düşmüş 6 hərbçinin olduqları yerlərin müəyyənləşdirilməsi üçün iş aparılır

Döyüş əməliyyatlarında həlak olmuş 2908 nəfərin meyitləri ailələrinə təhvil verilib
Gündəm | 15:02 • 21 Yanvar 2022
Döyüş əməliyyatlarında itkin düşmüş 6 hərbçinin olduqları yerlərin müəyyənləşdirilməsi üçün iş aparılır

Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. 

Qeyd olunub ki, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib.

Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb: "İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024