Xəzər Xəbər

Yoluxma artır: Məktəblər BAĞLANACAQ? - Nazirlikdən RƏSMİ CAVAB

Gündəm | 15:47 • 21 Yanvar 2022
Yoluxma artır: Məktəblər BAĞLANACAQ? - Nazirlikdən RƏSMİ CAVAB

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb. 11 gün əvvəl isə ölkədə virusun ən təlhükəli növlərindən olan SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.

XəzərXəbər xəbər verir ki, gündəlik yoluxma statistikasında artım və "Omikron" ştamının aşkarlanması orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı ilə bağlı narahatlıq yaradır. Bu zaman hər kəsi bir sual düşündürür: Məktəblərdə qapanmalara gedilərək tədris yenidən distant formada təşkil edilə bilər?

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sorğuya cavab olaraq bidlirib ki, hazırda təhlükəli vəziyyət yoxdur, əks hal baş verdiyi təqdirdə distant təhsilə keçilə bilər:

"Təhsil müəssisələrində sanitar-epidemioloji şəraitə uyğun olaraq hər hansı qapanma halları olarsa, o zaman bununla bağlı ictimaiyyətə əlavə məlumat verilir. Bildiyimiz kimi, lokal yoluxma halları zamanı məktəbdə tədris forması müvafiq olaraq distanta keçirilir. Hazırda ümumi təhsil müəssisələrində sanitar-epidemioloji şəraitlə bağlı təşviş yaradacaq hər hansı bir bir hal mövcud deyil".

Qeyd edək ki, ölkədə SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanması xəbərini yanvarın 10-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yayıb./baku.ws

Xəbər lenti