Bakı 22 ℃
Xəzər Xəbər
USD 1.7

Sabahdan Operativ Qərargahın bu qadağaları LƏĞV OLUNUR

Gündəm | 784 | 11:42 • 9 İyun 2021
Sabahdan Operativ Qərargahın bu qadağaları LƏĞV OLUNUR

Bildiyimiz kimi, Operativ Qərargahın mayın 25-də keçirdiyi brifinqdə sərt karantin rejimindən yumuşaldılmalar ilə bağlı bir neçə qadağa aradan qaldırılıb.

XəzərXəbər xəbər verir ki, bu yumşaldılmalara əsasən sabahdan məscidlər, iri ticarət mərkəzləri (Mall' lar) açılır. Həmçinin çimərliklər, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti də bərpa edilir. Eyni zamanda sabahdan Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

İdman zallarına giriş üçün COVID-19 pasportu da tələb olunacq. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib.

Məscid və digər ibadət yerlərində riayət olunmalı qaydalara gəldikdə isə:

- İbadətə gələn şəxslər COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər;

- İbadət yerində olarkən onların arasındakı məsafə 4 (dörd) bir tərəfdən minimum 1,5 (bir metr yarım) metr, sahə imkan verdikdə isə daha çox olmalıdır;

- Məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər;

- İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Məscid və digər ibadət yerləri:

- Bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır;

- Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir;

- İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır;

- İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir. Qeyd edilib ki, məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər.

Xatırladaq ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək, ikinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq.

Xəbər lenti

Çox oxunanlar