Xəzər Xəbər

Azərbaycanın Baş naziri Tatarıstan Prezidentinə başsağlığı verdi

Gündəm | 11:56 • 12 May 2021
Azərbaycanın Baş naziri Tatarıstan Prezidentinə başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.

Xəbər lenti