Xəzər Xəbər

Əli Əsədov pandemiyaya görə Operativ Qərargahı topladı

Operativ Qərargah yoluxmanın dinamikasını və peyvəndləmə prosesini müzakirə edib
Gündəm | 19:41 • 31 Mart 2021
Əli Əsədov pandemiyaya görə Operativ Qərargahı topladı

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən  bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024