Xəzər Xəbər

Baş nazirdən müharibə əlillərinə təqaüd verilməsiylə bağlı MÜHÜM QƏRAR

Gündəm | 22:41 • 31 Mart 2021
Baş nazirdən müharibə əlillərinə təqaüd verilməsiylə bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nda dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, Müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənəd müharibə əlillərinə təqaüd verilməsini ehtiva edir.

Belə ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.

Bugünkü dəyişikliklə büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə olunub.

“Təqaüdlər” paraqrafına müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.

Xəbər lenti