Xəzər Xəbər

Şəhidlərimizin itki sayı nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər - Hərbi icmalçı

Gündəm | 10:09 • 4 Dekabr 2020
Şəhidlərimizin itki sayı nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər -


Müdafiə Nazirliyi tərəfindən açıqlanan itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər.


Xezerxeber.az xəbər verir ki, bunu hərbi icmalçı, polkovnik-leytenant Nazim Bayram Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda aparılan Vətən Müharibəsindəki itkilərini şərh edərkən deyib.


"Allah bütün Şəhidlərimizin ruhunu Qələbəmizlə şad eləsin. Bu Qələbə 1988-ci ildən verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi.

Vətən üçün bədəlinə baxmazlar.

Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.

Azərbaycan xalqı Vətən uğrunda verdiyi Şəhidlərini heç vaxt unutmayacaq! Vətən sağolsun!" - deyə hərbçi icmalçə qeyd edib.


Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.


Sevinc Yasinqızı


Xəbər lenti