Xəzər Xəbər

Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur

Gündəm | 18:08 • 14 Oktyabr 2020
Müdafiə Nazirliyi:

"Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir. Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir".


XəzərXəbər-in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.


Qeyd olunub ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur:


"Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir".

Xəbər lenti