Xəzər Xəbər

Bu şəxslərə MÜHÜM XƏBƏR Sahil Babayevdən AÇIQLAMA

Gündəm | 11:25 • 17 İyun 2020
Bu şəxslərə MÜHÜM XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya məsələləri ilə bağlı İşçi qrupunun videokonfrans formatında iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial sahədə aparılan islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini vurğulayıb.

S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sistemlərinin şəffaflaşdırılması, bu sahələrdə aşkarlığın təminatı və inzibatçılığın təkmilləşdirilməsi, mütərəqqi təcrübələrdən irəli gələn meyarların tətbiqi üçün müvafiq işlər davam etdirilir.

Nazirin sözlərinə görə, "Əlilliyin müəyyən olunması meyarları”nın layihəsi hazırdarazılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq.

Həmçinin, əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların abilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır.

S.Babayev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun təkmilləşdirilməsi üçün həmin sənədə əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib.

Nazir yanlış əlillik təyinatlarının da aşkar edilərək, ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib.

İclasda əlilliyin qiymətləndirilməsi üzrə ümumi icmal, statistik məlumat təqdim edilib, habelə yeni qanunvericilik layihələri və islahatlar, innovasiyalar və təkmilləşdirmələrlə bağlı müzakirələr aparılıb.

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsinə dair görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və müasirləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Xəbər lenti