"Bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ölkədə situasiya elədir ki, tələbə əsasən təklifin artması mümkündür:
"Amma qiymətin qalxmasından söhbət gedə bilməz. Maskalarla bağlı qiymətlər optimal həddə qalacaq. Qiymətitənzimləməyin ən yaxşı yolu istehsalı artırmaqdır. Yeni müəssisənin istehsal gücü 200 mindir və idxal da davam edir. Əgər tələb çoxalarsa, istehsalı artırmaq imkanı var”.
"Xüsusi karantin rejimi evdə qalmağı tələb edir. Evdə qalsaq, maska və tibbi spirtə ehtiyacımız da azalar”, - deyə İ.Məmmədov qeyd edib.