"Sumqayıt, Abşeron və Bakı daxilində sərnişinlərin gediş-gəlişi sərbəst olacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, bölgələrdə olan Bakı qeydiyyatlı vətəndaşların da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gəlməsinə icazə veriləcək.