Xəzər Xəbər

Pakistan hərbi nümayəndə heyəti Bakıda səfərdədir - FOTO

Gündəm | 18:00 • 10 Fevral 2020
Pakistan hərbi nümayəndə heyəti Bakıda səfərdədir -

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.


Müdafiə Nazirlıiyindən xezerxeber.az-a bildirilib ki, fevralın 10-da Pakistan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Qonaqları salamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov onlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib.


Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti