Xəzər Xəbər

Bakıda 3 mərtəbəli metro nə vaxt açılacaq?

Gündəm | 15:16 • 17 Yanvar 2020
Bakıda 3 mərtəbəli metro nə vaxt açılacaq?

Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasına mərmər döşənməsinə başlanılıb:

"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək".

Qeyd edək ki, şərti adı B3 olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Xəbər lenti