Xəzər Xəbər

Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək NECƏ?

Gündəm | 14:07 • 26 Sentyabr 2019
Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək:

"Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".

Xəbər lenti

Çox oxunanlar