Xəzər Xəbər

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

Gündəm | 13:46 • 11 Mart 2019
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, qarölçmə işləri ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə aparılır. Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə qarölçmə işləri aparır.

Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.

Xəbər lenti