Bakı 30 ℃
Xəzər Xəbər
USD 1.7

Evləri tərk edin! Bakının bu hissəsində yaşayanlara XƏBƏRDARLIQ

Gündəm | 17:46 • 12 Oktyabr 2018
Evləri tərk edin!
Badamdar şossesində torpaq sürüşməsi baş verib.

Səbail rayon İcra Hakimiyyətindən XəzərXəbər-ə xəbər verir ki, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bildirilib ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Hazırda ərazıdə araşdırmalar aparılır.


Xəbər lenti

Çox oxunanlar