"Ayda iki dəfə şəhid
ailələrinin vərəsəliklə bağlı müraciətlərinin müzakirəsi aparılacaq.
Müzakirələrin sayından asılı olaraq həftədə bir dəfə belə müzakirələr
aparıla bilər" XəzərXəbər xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ayda bir dəfə siyahılar Maliyyə Nazirliyinə təqdim olunacaq və vəsaitlər banka köçürüləcək.
"Şəhid
ailələrinə birdəfəlik yardımın edilməsi üçün dövlət başçısı tərəfindən
58 milyon manat vəsait ayrılıb. Eyni proses növbəti ildə də davam
etdiriləcək".
Nazir bildirib ki, şəhid ailələrinə birdəfəlik
yardım edilməsi ilə bağlı ümumi sayı məxfi məlumatdır: "Ödənişlərin
ödənilməsi prosesini bu il və gələn il üçün nəzərdə tutmuşuq. Bu il
müraciətlərin çox olacağı planlaşdırılıb. Bu il ola bilsin ki,
müraciətlərin yarıdan çoxu həyata keçirləcək".
S.Babayev qeyd
edib ki, ölən şəxsin övladlarının sayına görə faiz ödəniləcək. Onun
sözlərinə görə, nazirlik tərəfindən birdəfəlik ödəmə ilə bağlı rüsum
yoxdur. Yalnız notariusda dövlət rüsumları olacaq.