Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, bayram ərəfəsində yarana biləcək sərnişin
sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata
keçirilir. Qeyd edək
ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min
sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16
mindən çox sərnişin daşınması nəzərdə tutulub.
"Sərnişinlərdən
xüsusi ricamız, bayram günləri üçün səfər biletlərini bir neçə gün
öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün
öncədən əldə etmələridir. Əlavə məlumat üçün +994 12 406 01 58/59
məlumat bürosu ilə əlaqə saxlaya bilərsiniz" - deyə məlumatda qeyd
olunub.