"Azərbaycan hərbi
heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və
strategiya hazırlayır. Bütün bunlar ondan xəbər verir ki, biz istənilən
prosesə hazır olmalıyıq”.
XəzərXəbər xəbər verir ki, bunu işğal altında olan Qarabağda yaradılan qondarma
qurumun "müdafiə naziri” Levon Mnaçakanyan "Hetq.am” saytına
açıqlamasında deyib. O, bildirib ki, rəsmi Bakı ictimaiyyəti müharibəyə hazırlayır.
"Bakıda
Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib.
Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı
rəsmi Moskva
və Tehran üçün mesaj olmalıdır. Türkiyə-Azərbaycan arasında mövcud
iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir.
Türkiyənin hərbi ekspansiyası Xəzər
dənizinə qədər çatıb. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı
olan "Polonez” raket kompleksi və İsraildən "LORA” raketləri alıb.
Bundan başqa Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu, o
deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımından
əvvəlkindən fərqli olacaq - bu, "smart war” olacaq. Rəsmi Bakı
canlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət
yönəldəcək”, - deyə separatçı "nazir" qorxusunu gizlətməyib.
Mnaçakanyan,
həmçinin etiraf edib ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə
təchiz edilib: "Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab
vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı
aprel müharibəsi zamanı erməni tərəfini əsas mərkəzdən diqqətini
yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan
Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.