Ötən il dekabrın
17-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən
ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən
axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin
aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin
olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.
Əlavə məlumat veriləcək.
***
Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin
(FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və
hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00
radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə
alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi
meyiti aşkar edilib.
FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.