Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşüb.
XəzərXəbər xəbər verir ki, TBMM-də baş tutan görüşdə ölkə başçısı Azərbaycan və
Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib.
Əlaqələrin
tarixi köklərə söykəndiyini vurğulayan prezident bildirib ki, dünyada
Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur.
Türkiyə
və Azərbaycanın həm iki tərəfli, həm də çoxtərəfli münasibətlərdə
əməkdaşlıq etdiyini bildiriən prezident deyib ki, bundan sonrakı
mərhələdə əlaqələr daha da möhkəm olacaq.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın görüşü mətbuata qapalı keçirilib.