"2018-2019-cu tədris ilindən başlayaraq İlahiyyat İnstitutuna qəbul aparılacaq".
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
Komitə rəsmisi deyib ki, hazırda İlahiyyat İnstitunun harada yaradılması məsələsi müzakirə olunur.
"İlkin olaraq İlahiyyat İnstitutunun Bakı
Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində yaradılması
nəzərdə tutulur. İnstitutunun geniş imkanları yaradılacaq, yataqxanası
tikiləcək. O cümlədən, dövlət hesabına maliyyələşdirilməsi, dünya
səviyyəli institunun yaradılması nəzərdə tutulur. Prezidentin
sərəncamına əsasən, yaxın iki ay ərzində bütün texniki məsələlər həll
ediləcək. Çalışacağıq ki, bu il İlahiyyat İnstitununa qəbul həyata
keçirilsin".