Xəzər Xəbər

“Layihələrimiz Avrasiyanın xəritəsini dəyişib” Dövlət başçısı

Gündəm | 18:04 • 23 Yanvar 2018
“Layihələrimiz Avrasiyanın xəritəsini dəyişib”

"Bu gün qeyri-neft sektor bizim ÜDM-nin 17 faizini təşkil edir. Bizim əsas hədəfimiz ixracatımızda qeyr-neft sektorunu şaxələndirməkdir”.

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib. Onun sözlərinə görə, enerji layihələri Azərbaycan və region üçün olduqca önəmlidir:

"Bizim təşəbbüskarı olduğumuz layihələr regionun, Avrasiyanın xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik.

Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər. Bakı-Tbilisi-Qars layihəsi dəmiryolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu hazırda Çindən Avropaya gedən ən qısa yoldur. Əgər yüklər əvvəl bu marşrut üzrə 33-35 günə gedirdisə indi bu müddət iki həftəyə qədər enib. Dənizə çıxış olmayan Azərbaycan regional nəqliyyat habına çevrilib. Gələcək neft və qaz da deyil. Neft və qaz bir gün bitəcək. Gələcək innovasiyalar, effektivlik, şəffaflıq, menecment və sahibkarlığa dövlət dəstəyidir”.

Xəbər lenti