Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
XəzərXəbər xəbər verir ki, iclasın gündəliyinə 31 məsələ daxildir.
İlk olaraq iclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.
1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2.
"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi barədə.
3. "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5.
"Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.
8.
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
9. "Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
10. "Azərbaycan Respublikası ilə Polşa
Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair
yol xəritəsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. "2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa
Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında
Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti
və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12.
1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti
arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması
və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il
müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı
Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
barədə.
13. "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. "Asiya
və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin
Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında Azərbaycan
Respublikası qanununun layihəsi barədə.
15. "Azərbaycan
Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik
pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması
haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar
Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi haqqında.
16. "Azərbaycan Respublikası Hökuməti ilə
Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və
rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi
haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi haqqında.
17. "Azərbaycan Respublikası ilə
Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması
haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. "Dövlət
borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21.
"Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi haqqında.
22. "Telekommunikasiya haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25.
"Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26.
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. "Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi barədə.
30. Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi barədə.
31. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.