Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir.
XəzərXəbər xəbər verir ki, bunu AzərTAc-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides deyib.
O
bildirib ki, nəqliyyat və yol infrastruktur layihələrinin həyata
keçirilməsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran
əsas prioritetlərindəndir.
"Bu baxımdan Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsinin reallaşdırılmasını Qara dəniz hövzəsi ölkələri
arasında iqtisadi əlaqələrin yeni müstəvidə qurulması üçün səmərəli
fürsət kimi dəyərləndirirəm. Həqiqətən də Azərbaycan bu qlobal layihənin
əsas təkanverici ölkəsi olaraq Avropa və Asiya qitələri arasında ən etibarlı nəqliyyat dəhlizinə çevrildi”,- deyə M.Kristides əlavə edib.
M.Kristides bildirib ki, Avropa və Asiya məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Bakı-Tbilisi-Qars
layihəsi qədim "İpək Yolu”nu bir-birinə sıx bağlayan tarixi
nailiyyətdir. Əminəm ki, bu yoldan Qara dəniz ölkələri də yetərincə
bəhrələnəcəklər.