Xəzər Xəbər

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı

Gündəm | 14:05 • 20 Oktyabr 2017
3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. Onun sözlərinə görə, gündəlikdən çıxarılan məsələlərdən biri "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsidir.

Spiker vurğulayıb ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə gündəlikdən çıxarılıb.

Qeyd edək ki, dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Həmçinin Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun layihələri müzakirədən çıxarılıb.

Xəbər lenti