Qarabağla bağlı Nyu-York görüşü sentyabrın 23-də ola bilər
Gündəm
|
18:25 • 19 Sentyabr 2017
Sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard
Nalbandyanın görüşü ola bilər.
XəzərXəbər xəbər verir ki, bu barədə diplomatik mənbə
"İnterfaks”a məlumat verib.
"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün sentyabrın
23-də BMT Baş Assambleyası çərçivəsində olması mümkündür”, - deyə
mənbə bildirib.