Xəzər Xəbər

Serbiya Prezidenti: "Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir"

Dünya | 09:12 • 30 Mart 2024
Serbiya Prezidenti: "Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir"

Serbiya geosiyasi mövqeyinə görə böyük təzyiqlərlə üzləşib. Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyi üçün ölkəsinin davamlı təzyiqlərə məruz qaldığını bildirib.

“Serb xalqının cavabının güclü və məsuliyyətli olacağına inanıram. Serbiyanın manevr imkanlarını məhdudlaşdırmaq istəmirəm”, - deyə o qeyd edib.

Aleksandar Vuçiç Serbiya-Kosovo münasibətlərinə toxunub, sülhün ölkəsinin əsas maraqları sırasında olduğunu vurğulayıb.

“Serbiya azadlığı ilə fəxr edən ölkədir. Serbiya uğrunda mübarizəni davam etdirəcəyəm”, - deyə ölkə başçısı bildirib.

Xəbər lenti

Çox oxunanlar