Xəzər Xəbər

Tacikistan və Filippində güclü zəlzələ olub

Dünya | 09:55 • 23 Mart 2023
Tacikistan və Filippində güclü zəlzələ olub

Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi seysimoloji stansiyası məlumat yayıb.

Zəlzələnin episentri 10 min 700 nəfərin yaşadığı Rəştdən 51 km şimal-qərbdə yerləşib.

Təbiət hadisəsi yerin 10 km dərinliyində olub.

Filippin sahillərində isə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti