Xəzər Xəbər

ABŞ-dan gözlənilməz QƏRAR - Ukraynada hər şey dəyişə bilər...

Dünya | 22:57 • 11 Avqust 2022
ABŞ-dan gözlənilməz QƏRAR - Ukraynada hər şey dəyişə bilər...

ABŞ "Zaporojye AES"-in ətrafında demilitarizasiya zonasının yaradılması təşəbbüsünü dəstəkləyib.

XəzərXəbər CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Bundan əvvəl isə BMT-nin Baş katibi Antonio Quterreş təhlükəsizliyi təmin etmək üçün "Zaporojye AES"-in ətrafında təhlükəsiz perimetr yaratmaqla bağlı təklif irəli sürüb.

Qeyd edək ki, bu gün sözügedən Atom Elektrik Stansiyasında radioaktiv izotopların saxlandığı əraziyə üç raket düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda stansiyada radioaktiv fon norma daxilindədir.

Xəbər lenti