Xəzər Xəbər

Meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan oluna bilər

Dünya | 10:17 • 23 İyun 2022
Meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan oluna bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi bu gün meymunçiçəyi virusunun yayılmasını beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti elan edilməsi məsələsini müzakirə edəcək.

Meymunçiçəyinin son həftələrdə indiyədək rastlanmayan təxminən 30 ölkədə yayılması beynəlxalq qurum tərəfindən “qeyri-adi və narahatedici“ gedişat kimi dəyərləndirilib və komitənin növbədənkənar iclası çağırılıb.

Beynəlxalq qurumun epidemioloji vəziyyətlə bağlı qaydalarına görə, digər ölkələrə də sirayət edən “ciddi, qəfil, qeyri-adi və əvvəlcədən proqnozlaşdırıla bilməyən“ səhiyyə problemləri “beynəlxalq səviyyədə narahatlıq doğuran səhiyyə fövqəladə vəziyyəti” kimi dəyərləndirilir.

Komitə müvafiq qərar qəbul edərsə, bu zaman bir sıra beynəlxalq tədbirlərin görülməsi lazım gələcək. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar