Xəzər Xəbər

Bir ailə intihar edib - borca görə FOTO

İntihar edənlər 15-72 yaş arasında olub
Dünya | 09:04 • 23 İyun 2022
Bir ailə intihar edib - borca görə

Hindistanda, Maharaştra ştatında doqquz nəfər evdə ölü tapılıb.

“Mirror” qəzeti yazır ki, ölənlərin hamısı Vanmor ailəsinin üzvləridir. 

Cəsədlər Vanmor qardaşlarına məxsus iki evdə tapılıb. İntihar edənlər 15-72 yaş arasında olub.

Məlumata görə, ailə üzvləri borca görə intihar etməyə qərar veriblər.

Polisin ailənin maddi sıxıntısı olduğunu təsdiq edib.

Onların zəhər içərək intihar etdiyi məlumataı yayılıb.

Xəbər lenti