Xəzər Xəbər

Türkiyə Ordusunun iki hərbçisi şəhid olub

Dünya | 11:19 • 23 İyun 2022
Türkiyə Ordusunun iki hərbçisi şəhid olub

Diyarbəkirdə Türkiyə Ordusunun 2 hərbi qulluqçusu şəhid olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, Diyarbəkirdə terrorçulara qarşı aparılan “Eren Abluka-18” əməliyyatı zamanı iki hərbçi - Oğuzhan Arduç və Turgut İçen şəhid olub, Mustafa Can Akdoğan isə yaralanıb.

Əməliyyat zamanı terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.

Xəbər lenti