Xəzər Xəbər

Moskvadan Kiyevə MESAJ: vəziyyət gərginləşir, lakin...

Dünya | 09:24 • 10 Dekabr 2021
Moskvadan Kiyevə MESAJ: vəziyyət gərginləşir, lakin...

"Ukraynanın şərqində vəziyyət gərginləşir, lakin Donbassdakı vəziyyəti güc yolu ilə həll etmək üçün Kiyev hakimiyyətinin istənilən təxribatının qarşısı alınacaq".

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cümə axşamı hərbçilər qarşısında keçirdiyi brifinqdə deyib.

“Ukrayna ordusu Donbasda ABŞ-ın tədarük etdiyi “Javelin” tank əleyhinə raket komplekslərindən və Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Nəticədə ölkənin şərqində vəziyyət daha da ağırlaşır", - deyən V.Gerasimov vurğulayıb ki, KİV-də Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə yayılan məlumatlar yalandır./Publika.az

Xəbər lenti